“Allah sizi də mənimlə eyni qır qazanında qaynadacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Allah sizi də mənimlə eyni qır qazanında qaynadacaq”

Yazar

22 Sentyabr 2026 10:39 82


Yazıçı Aqşin Yenisey “Allah” sözünün böyük hərflə yazılması ilə bağlı fikirlərini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, yazıçı bu barədə sosial media hesabında paylaşım edib. O, “Allah” sözünün böyük hərflə yazılmasının dil qaydalarına görə səhv olduğunu iddia edib.

Aqşin Yenisey paylaşımında bildirib: Pepperoni pizza

“Savadsız oxucularımız üçün məcburi və zəruri qeyd: “Allah” sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir.

Bu sözü böyük hərflə yazmaq Allahı isimləşdirmək, ona bir şəxsiyyət, məkan, obyekt mənası yükləmək deməkdir. Düzdür, din bunların hamısını edir, Allaha insana xas olan xüsusiyyətləri yükləyir. Bu da bütpərəstlikdən, çoxtanrıçılıqdan gələn ənənədir.

Danışan, bağışlayan, mükafatlandıran, üz çevirən, lənətləyən, cəzalandıran Allah fövqəlgücə sahib insandan başqa bir varlıq deyil.

Qrammatikadakı Allah bu deyil. Qrammatikadakı Allah “insan” kəlməsi kimi ümumi isimdir, anlayışdır. Qrammatika Allahı dinin yüklədiyi şəxsiyyət obrazından arındırır. Onu ümumi bir anlayış kimi təqdim edir.

Siz fanatı olduğunuz üçün “Allah” sözünü böyük hərflə yaza bilərsiniz, amma əmin olun ki, bu sevginiz ona şəxsiyyət yüklədiyiniz üçün məhz Allahın acığına gedəcək və sizi də cəhənnəmdə mənimlə eyni qır qazanında qaynadacaq”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!