8 min nəfərə əlillik təyin olunub - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

8 min nəfərə əlillik təyin olunub - Rəsmi

Sosial

11 Mart 2024 12:28 479


Bu ilin yanvar-fevral aylarında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7,9 min şəxsə əlillik təyin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub. Toyuqlu pizza

Bildirilib ki, son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!