Mingəçevirdə oğurluq hadisəsi baş verib.
Hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.
Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib. Marqarita pizza
Oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Report
Telegram kanalımız