Abel Məhərrəmov reanimasiyadan çıxarıldı - Almaniyaya aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Abel Məhərrəmov reanimasiyadan çıxarıldı - Almaniyaya aparılacaq

Sağlamlıq

13 Fevral 2019 03:53 1329


Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. 

Sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.

Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Toyuqlu pizza

Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və o, bu gün palataya köçürülüb. Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir. Bununla belə, mənbə Abel Məhərrəmovun Almaniyadakı xəstəxanalardan birinə köçürülmə ehtimalının olduğunu qeyd edib. O bildirib ki, hazırda Almaniya xəstəxanaları ilə bu barədə danışıq aparılır.

Abel Məhərrəmov 2018-ci il noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

Sputnik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!