ABŞ B-52-ləri Ukrayna ilə sərhədə yerləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ B-52-ləri Ukrayna ilə sərhədə yerləşdirdi

Dünya

23 İyul 2024 07:19 706


ABŞ Rumıniya Hərbi Hava Qüvvələrinin Mixail Koqelniçanu 57-ci aviabazasında (Ukrayna ilə sərhəddə - red.) iki “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı təyyarəsi yerləşdirib. 

Yenisabah.az xəbər verir ki, yeni ərazidə onlar ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında təhlükəsizliyin yaxşılaşdırılması üçün NATO və digər beynəlxalq tərəfdaşlarla inteqrasiya edəcək, ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci ekspedisiya bombardmançı eskadrilyasının tərkibində fəaliyyət göstərəcək.

Mixail Koqelniçanu aviabazasına gələndən sonra B-52 təyyarələri Rumıniya və Finlandiyadan olan qırıcı təyyarələrinin müşayiəti ilə birgə uçuş həyata keçirib.  Sezar pizza

Bu, Amerika strateji bombardmançılarının Rumıniyada fəaliyyət göstərdiyi ilk haldır. 

“Qlobal qeyri-sabitlik şəraitində böyük məsafələrdə davamlı imkanları dəstəkləmək çox vacibdir. Bu əməliyyat qoşunlarımızın taktikasını və qarşılıqlı fəaliyyətini təkmilləşdirməyə imkan verir. Biz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün Şərq cinahda müttəfiqlərimizlə işləyəcəyik”, - deyə USAFE-AFAFRICA komandanı general Ceyms Heker qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!