"Onilliklər ərzində bizə qarşı hərbi təcavüz həyata keçirilməsinə, ərazilərimizdə total etnik təmizləmələrin, vəhşiliklərin, insanlığa və hərbi cinayətlərin törədilməsinə baxmayaraq, görürdük ki, işğalçı heç bir təzyiqə məruz qalmırdı. Əksinə, müxtəlif vasitələrlə onun fəaliyyətinə dəstək verilirdi. Rusiya silahla, Qərb isə maliyyə və siyasi baxımdan dəstək göstərirdi və bu işğalın davam etməsi üçün demək olar ki, münbit şərait formalaşdırılmışdı. Amma 2020-ci ildə biz gördük ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti və onun həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdi və işğalçı qüvvələri, onların qalıqlarını Azərbaycan ərazisindən çıxardı".
"Yeni Sabah" xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada danışıb. Sabiq nazir vurğulayıb ki, Azərbaycana qarşı müxtəlif siyasi təzyiqlər və cəhdlər mövcud idi:
"Prezident həmin məsələyə də toxunaraq Zəngilanda qeyd etdi ki, Azərbaycana qarşı müxtəlif siyasi təzyiqlər və cəhdlər mövcud idi. Hətta xüsusilə Fransa çalışırdı ki, məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına çıxarılsın və Azərbaycana qarşı qətnamə qəbul etdirilsin. Yəni biz görürük ki, Azərbaycan dövlətinə qarşı formalaşdırılmış həmin beynəlxalq sistem artıq Azərbaycan tərəfindən dağıdılıb və ölkənin suverenliyinə qarşı qurulan bu mexanizm Azərbaycan ərazisindən tamamilə rədd olunub. Dördpendirli pizza
2020-ci ildən sonra da görürdük ki, müxtəlif vasitələrlə böyük oyunçular Azərbaycana qarşı müəyyən planları həyata keçirməyə çalışırdılar. Məqsəd o idi ki, Ermənistan tərəfindən qeyri-qanuni yaradılmış quruma hansısa “münaqişə tərəfi” statusu verilsin və bununla da proses davam etdirilsin. Gördük ki, Rusiya dərhal bu prosesə qoşuldu və bölgədə öz sülhməramlılarını yerləşdirdi. Yəni məqsəd o idi ki, orada separatçı adı altında, əslində isə irredentist mahiyyət daşıyan bir qurum Azərbaycana qarşı fəaliyyətini davam etdirsin".
Nazim Hacıyev
Telegram kanalımız