Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib.
“Yeni Sabah” xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib.
O, bu gün Gəncə şəhərində “Köhnə Səbiskar” qəbiristanlığında dəfn olunub. pizza
Dəfn mərasimində A.Kərimli də iştirak edib.
Qeyd edək ki, tanınmış alim Z.Abbasov 2007-ci ildən 2023-cü ilədək Gəncə Dövlət Universitetində “İdarəetmə” kafedrasına rəhbərlik edib. İqtisad üzrə fəlsəfə doktoru, dosent olub. (qafqazinfo)
Telegram kanalımız