ABŞ-ın Florida ştatında "İan" qasırğası zamanı azı 15 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden qasırğası xeyli insan itkisinə səbəb ola biləcəyini dilə gətirib:
"Bu, Florida tarixindəki ən ölümcül fırtına ola bilər. Əldə etdiyimiz rəqəmlər qəti şəkildə aydın deyil, lakin daxil olan xəbərlər əhəmiyyətli insan itkilərinin ola biləcəyini göstərir". Marqarita pizza
Bayden, həmçinin yerli məmurlara dəstək vəd edib və federal hökumətin dağıntıların təmizlənməsi və ictimai binaların bərpası üçün bütün xərcləri qarşılayacağını bildirib.
Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.
Rəsmi şəxslər indiyədək “İan” qasırğası nəticəsində azı 15 nəfərin öldüyünü təsdiqləyiblər, itkilərin sayının artacağı gözlənilir.
Telegram kanalımız