ABŞ Səudiyyə Ərəbistanına qarşı mümkün hücum zamanı ölkəyə dəstək verəcəyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio husilərin Səudiyyə Ərəbistanına hücum edəcəyi təqdirdə ölkənin özünü müdafiə etmək hüququnun olduğunu bildirib. Avropa ölkələrinə səfəri öncəsi jurnalistlərə danışan Rubio ABŞ ilə Səudiyyə Ərəbistanı arasında müdafiə və təhlükəsizlik sazişinin olduğunu deyib.
“ABŞ-nin Səudiyyə Ərəbistanı ilə müdafiə və təhlükəsizlik sazişi var və biz buna əməl etmək niyyətindəyik”, - deyə Rubio bildirib. Toyuqlu pizza
Babülməndəb boğazına nəzarət məsələsinə də toxunan dövlət katibi həm Yəmənin, həm də Səudiyyə Ərəbistanının dəniz yolunun yaxınlığında husilərin nəzarətinin olmasını istəmədiyini vurğulayıb.
Yəmən Prezidentlik Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi paytaxt Sənaya nəzarəti yenidən ələ keçirmək üçün husilərə qarşı hərbi əməliyyata başladıqlarını açıqlayıb. Yəmən ordusu Qırmızı dənizlə Ədən körfəzini birləşdirən mühüm dəniz yolu olan Babülməndəb boğazı boyunca strateji mövqeləri ələ keçirdiyini bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız