Müsadirə olunmuş “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Müsadirə olunmuş “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri vəfat etdi

Sosial

20 Noyabr 2026 10:19 75


Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Bu gün Bakıdan Qubaya gətiriləcək cənazə mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq. Onlayn mağaza

Noyabrın 16-da mərhumun rəhbəri olduğu "Atlant" Ailəvi İstirahət Mərkəzi müsadirə edilib.

T.Qədəşovun kürəkəni və şəriki, "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqa görə, mənimsənilən vəsaitlər "Atlant"ın təmir-tikinti işlərinə yönəldildiyi üçün kompleksin hərrac yolu ilə satılaraq zərərçəkmişlərə ödənilməsi barədə qərar çıxarılıb. 

2021-ci ildə DİN  Nabran qəsəbəsində yerləşən "Atlant" İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar edib. Mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov, eləcə də karantin qaydalarının pozulmasına şərait yaradan xidməti personal müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət İşi başlanılıb.

“Atlant” İstirahət və Əyləncə mərkəzinin rəhbərlərindən biri Azər Qədəşov həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə tədbirlər görülüb və onların hər biri cərimə ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!