Dövlət İmtahan Mərkəzinin yeni sədri:   NÖVBƏTİ TƏYİNAT...

saytların hazırlanması

Evə çatdırılma

Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...

Sosial

19 Noyabr 2026 18:35 312


Dövlət İmtahan Mərkəzinin rəhbərliyində gözlənilən dəyişikliklə bağlı müzakirələr fonunda yeni sədrin kim olacağı sualı gündəmdədir.

"Yeni Sabah" xəbər verir ki, təhsil eksperti Rizvan Fikrətoğlu Ajans.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi olduqca nüfuzlu və mühüm qurumdur. Çünki ölkə gənclərinin gələcəyi, onların ali təhsil müəssisələrinə qəbul prosesi bu qurumun fəaliyyətindən asılıdır.

Onun sözlərinə görə, DİM kimi məsuliyyətli bir quruma rəhbər təyin edilərkən namizədin şəxsi keyfiyyətləri, dürüstlüyü və etibarlılığı xüsusi nəzərə alınmalıdır: Online shopping Azərbaycan

“Başqa bir universitetə rektorluq etmək nisbətən asan məsələdir. Amma Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri olmaq çox çətindir. Çünki bu vəzifəni tutan şəxs o qədər təmiz, güvənli və etibarlı olmalıdır ki, gənclərin həyatına təsir edən universitetə qəbul prosesi tamamilə şəffaf şəkildə həyata keçirilsin.

Əslində, mənim ağlımda iki namizəd var. Onlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. 

İkinci və ən iddialı namizəd hesab etdiyim şəxs isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovdur. Düşünürəm ki, təhsil sektorundan tanıdığım bu iki şəxs daha güvənli və layiqli namizəd ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!