Külək bu ərazini vurdu -   SON DƏQİQƏ

saytların hazırlanması

Evə çatdırılma

Külək bu ərazini vurdu - SON DƏQİQƏ

Hadisə

20 Noyabr 2026 11:01 69


Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Bir sıra rayonlarda güclü külək əsir, bəzi ərazilərə yağış, Şahdağa isə qar yağır.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava müşahidə olunur.

Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb. Şahdağda isə arabir qar yağması qeydə alınıb. İnternet mağaza

Ən çox yağıntı Şahbuzda qeydə alınıb – 10 mm. Şərurda 4, Daşkəsən, Tovuz və Ordubadda 3, Gədəbəy, Sədərək, Culfa, Sarıbaş (Qax), Ağstafa və Kişçayda (Şəki) 2 mm, Göygöl, Gəncə, Şəmkir, Balakən, Naxçıvan, Şabran, Mingəçevir, Zaqatala və Yevlaxda isə 1 mm yağıntı düşüb.

Bəzi ərazilərdə qərb və şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Yardımlıda 25, Oğuz, Naftalan, Bakı və Abşeron yarımadasında 24, Goranboyda 23, Tərtərdə 22, Daşkəsən, Mingəçevir, Şəki, Şahdağ və Neftçalada 20 m/s-dək çatıb.

Qobustanda küləyin sürəti 19, Kəlbəcər, Altıağac, Lerik, Bərdə və Ağdamda 18, Gədəbəy və Şəmkirdə 16, Zəngilanda isə 15 m/s-dək güclənib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!