Həbs olunanların sayı 6-ya çatdı: Aptek müdiri də...

saytların hazırlanması

Evə çatdırılma

Həbs olunanların sayı 6-ya çatdı: Aptek müdiri də...

Kriminal

20 Noyabr 2026 11:40 209


"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə həbs edilənlərin sayı 6-ya çatıb.

“Yeni Sabah” Lent.az-a istinadən xəbər verir ki, həbs edilən aptek müdiri Xalid Mustafayevdir.

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakıda online alış-veriş

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X.Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!