ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyə prezidentinin xarici siyasət müşaviri İbrahim Kalınla söhbəti zamanı Ankaranı Suriyada gərginlikdən çəkinməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bəyanatda deyilir: "Sallivan mövcud atəşkəs xətlərini qorumaq və sabitliyin daha da pozulmasına yol verməmək üçün Suriyada eskalasiyadan çəkinməyin nə qədər vacib olduğunu bəyan edib". Toyuqlu pizza
Söhbət zamanı Sallivan, həmçinin Türkiyəni Aralıq dənizinin şərqindəki hər hansı fikir ayrılığının həlli üçün dialoqu davam etdirməyə çağırıb.
Bundan əlavə, müşavir və Kalın Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dünya bazarlarına çıxarmaq üçün göstərdikləri səyləri müzakirə ediblər.
Telegram kanalımız