Abşeron məktəblərində nəzarət gücləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Abşeron məktəblərində nəzarət gücləndirildi

Sosial

08 Fevral 2021 09:57 534


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə 20.01.2021-ci il tarixdən etibarən rayon ərazisində fəaliyyət göstərən məktəblərin 1 fevralda fəaliyyətə başlaması ilə əlaqədar monitorinqlər keçirilib. 

İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, məktəblərdə kiçik təmir-bərpa işləri aparılıb, sinif otaqları səliqəyə salınıb, partalar ara məsafəsinə uyğun olaraq düzülüb. Dezinfeksiya və deratizasiya işləri aparılıb. 

Məktəblərin istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılıb.  Toyuqlu pizza

Rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən 29 min şagird kontingenti əyani təhsilə cəlb edilib. Pedaqoji kollektiv və texniki işçi heyəti pandemiya qaydalarına uyğun olaraq işə mərhələli şəkildə cəlb olunub. 

Bütün məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib. Belə ki, dərs prosesi başlamazdan öncə şagirdlərin hərarəti ölçülür, siniflərə daxil olarakən  ara məsafəsi gözlənilir, əlləri dezinfektiv məhlullarla dezinfeksiya edilir, tənəffüslər arası sinif otaqlarının havası dəyişdirilir və döşəmə dezinfeksiya edici məhlullarla silinir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!