Alanda asandır, qaytaranda çətin -   Bankların yeni fırıldağı

saytların hazırlanması

Evə çatdırılma

Alanda asandır, qaytaranda çətin - Bankların yeni fırıldağı

İqtisadiyyat

18 May 2026 16:16 147


Nağdsız ödənişlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi özü ilə yeni istehlakçı problemləri də yaradır. Hazırda alıcıların ən çox qarşılaşdığı çətinliklərdən biri həm uğursuz olan bank əməliyyatları, həm də bəyənilməyib qaytarılan məhsulların pullarının hesaba dərhal oturmamasıdır. Mağazada “imtina” sənədi verilməsinə və ya satıcının “pulu geri qaytardıq” deməsinə baxmayaraq, vəsaitin günlərlə hesaba daxil olmaması vətəndaşlar arasında ciddi narazılıq yaradır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Əkrəm Həsənov bildirib ki, geri ödənişin gecikməsi məhsulun satıldığı şirkətin məsuliyyətində olan məsələdir:

“Məhsulun geri qaytarılması zamanı vətəndaşa ödənilməli olan məbləğ bir neçə günə qayıtmalıdır. Məsələn, siz gedib hansısa supermaketdə alış-veriş edən zaman bank kartı vasitəsi ilə ödəniş etmisiniz. Bu sizin ödədiyiniz pulun dərhal gedib marketin bank hesabına çatması demək deyil. Bu proses ən azı 1 iş günü çəkir. Məhsul geri qaytırlanda isə bank hesabından təzədən geri ödənilməlidir. Bu prosesin icrası üçün də azı 1-2 gün vaxt lazımdır. Yəni pulun vətəndaşa qayıtması minimum 3 iş günü çəkə bilər. Amma bu proses daha uzun müddət uzanırsa, hesab etmirəm ki, bankın günahıdır. Bankda niyə belə problem olsun ki? Bu, məhz alış-veriş olunan şirkətin problemidir. Geri ödənişin gecikməsi həmin şirkətin işinə etinasız yanaşmasından xəbər verir”. Marqarita pizza

Hüquqşünas əlavə edib ki, vətəndaşlar belə hallarla üzləşdikcə, aşağıdakı seçimlərdən birindən istifadə edə bilər:

“Vətəndaşlar bu kimi hallarda 2 varinatdan istifadə edə bilər. Şəxs, ilkin olaraq istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına görə, Prezident yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər. Ya da məhkəməyə müraciət etmək olar. Lakin məhkməyə müraciət olduqca uzun prosesdir və xeyli vaxt aparır. Bir hüquqşünas olaraq, belə hallar zamanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməyi tövsiyə edirəm. Bu qurum həmin problemi qısa müddətdə həll edəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!