Gələn il Şuşanın Turşsu qəsəbəsinə köç başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Gələn il Şuşanın Turşsu qəsəbəsinə köç başlayacaq

Sosial

19 May 2026 11:48 41


Hazırda Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçlə bağlı hazırlıq işləri davam edir.

"Yeni Sabah" xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

O qeyd edib ki, daha sonra Şuşanın Turşsu qəsəbəsi ilə bağlı layihə həyata keçiriləcək: pizza hut

“Artıq həmin qəsəbənin tamamilə yeni layihəsi hazırlanıb. Çünki bu yaşayış məntəqəsi sıfırdan tikiləcək və işlərə də bu il başlanacaq. Ümid edirik ki, gələn il Turşsu qəsəbəsinə də köç başlayacaq. Eyni zamanda, Şuşaya yaxın ərazidə Daşaltı kəndi yerləşir. Həmin kənd müasir turizm infrastrukturu ilə tamamilə yeni turizm kəndinə çevriləcək. Layihənin icrasına bu yay başlanacaq. Bu iş özəl investorlar tərəfindən həyata keçiriləcək. Çox möhtəşəm bir kənd yaradılacaq və orada artıq müxtəlif turizm məkanları da formalaşdırılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!