Ermənilər azərbaycanlıların bu şəhərdəki qəbiristanlığını da tamamilə dağıdıblar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər azərbaycanlıların bu şəhərdəki qəbiristanlığını da tamamilə dağıdıblar

Siyasət

19 May 2026 10:49 26


İşğal dövründə Ağdərə, Xankəndi və Xocalıda da mədəni abidələrimiz məhv edilib. Ziyarət edənlər bunu öz gözləri ilə görüb.

"Yeni Sabah" xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

Xüsusi nümayəndə bildirib ki, bu ərazilərdə cəmi 1 dini ocaq - Malıbəyli məscidi yarımçıq vəziyyətdə qalıb: “Bu ərazilərdə olan abidələrin çoxunun izi itirilmişdi. Xankəndi qəbiristanlığı tamamilə məhv edilib, izi itirilib. Şəhər və kəndlərimiz darmadağın edilib, tikililər 30 il əvvəldən qalmış yarımçıq tikililər idi. Nadir villa və özəl tikililərdən başqa, ümumi şəhər görünüşünü formalaşdıran heç bir tikili yox idi. Keçən əsrin 50-ci illərində Azərbaycan dövlətinin vəsaiti hesabına qurulmuş infrastruktur var idi. İşğalda olan 30 il ərzində bu ərazilərə 1 manat da olsa, vəsait xərclənməmişdi. Ərazilər azad olunandan sonra ilk olaraq inventarlaşdırma işlərini apardıq". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!