Türkiyədə fəaliyyət göstərən TV 8-in sahibi Acun İlıcalı pərəstişkarlarının “hücum”una məruz qalıb.
Yenisabah.az xəbər verir ki, karantin səbəbiylə uzun müddətdən bəri Domininkanda qalan Acun ötən gün Türkiyəyə qayıdıb. İstanbulun Bəbək bölgəsində görünən məşhur qısa müddət ərzində yüzlərlə insanın əhatəsinə düşüb. Acunla xatirə şəkli çəkdirmək istəyən pərəstişkarları sosial məsafəni pozmaqdan çəkinməyiblər.
Ölkə mətbuatının diqqətini cəlb edən əsas məqam isə Acunun və onunla şəkil çəkdirmək istəyən çox sayda insanın maskadan istifadə etməməsi olub. pizza
Telegram kanalımız