“Adını Şəbnur, ya da Şəbtac qoy”  - Şəbnəm Tapdıqdan tələb

saytların hazırlanması

Evə çatdırılma

“Adını Şəbnur, ya da Şəbtac qoy”  - Şəbnəm Tapdıqdan tələb

Şou

16 İyul 2019 15:58 1458


"Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "Lent.Az”ın canlı yayımında müğənni Şəbnəm Tovuzlu deyib.

"Ona cavab qaytarım? Məndən böyükdür axı. Deyir ki, verilişlərə çıxanda aparıcı səni "Şəbnəm Tovuzlu” kimi yox, "Tovuzlu Şəbnəm” kimi təqdim etsinlər. Onu da başa düşə bilmirəm. Bunların fərqi nədir? Deyir ki, öncə "Şəbnəm” adı çəkilməsin. Onu çox istəyirəm. Buna baxmayaraq adımdan da imtina etmərəm. Çünki bu, anamın xatirəsidir. Onun ruhu inciyər. Bu fikirlər məntiqsizdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!