AFFA-da fövqəladə iclas: İtaliyalı baş məşqçi yola salınır 

AFFA-da fövqəladə iclas: İtaliyalı baş məşqçi yola salınır 

İdman Veb saytların hazırlanması

21 Noyabr 2023 14:34 1128


AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Yenisabah.az-ın məlumatına görə, bu barədə AFFA-dan bildirilib.

Noyabrın 22-də qurumun inzibati binasında təşkil olunacaq yığıncaq saat 10:00-da başlayacaq.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırlıb-artırılmama məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.

Xatırladaq ki, Canni De Byazinin çalışdırdığı Azərbaycan milli komandası bir neçə gün öncə “Avro-2024”ün seçmə mərhələsinin qrup oyununda Belçikaya 0:5 hesabı ilə məğlub olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!