AFFA “Neftçi”ni cərimələdi  

AFFA “Neftçi”ni cərimələdi  

İdman Veb saytların hazırlanması

29 Noyabr 2023 14:45 806


AFFA İntizam Komitəsi "Neftçi" klubunu 1300 manat cərimələyib. 

Yenisabah.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ağ-qaralar" Premyer Liqanın XIV turunda "Araz-Naxçıvan"la matç (1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib. 

Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!