Ağcabədi rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Hadisə zamanı “VAZ 21011” markalı minik avtomobili ilə “Lada” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. pizza
Telegram kanalımız