Ağır xəstə olduğu deyilən icra başçısı iclas keçirdi –   Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağır xəstə olduğu deyilən icra başçısı iclas keçirdi – Foto

Rəsmi

10 Avqust 2019 13:33 1566


Ötən gün Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun xəstə olması haaqda məlumat yayılmışdı. Yayılan xəbərdə deyilirdi ki, başçının sağlamlıq durumu o qədər ağırdır ki, hətta vəzifəsinin icrasını həyata keçirə bilmir.

“Yeni Sabah” xəbər verir ki, T. Qaraşov bu xəbərlərin həqiqətəuyğun olmadığını nümayiş etdirib. Belə ki, o bu gün Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclasını keçirib.

İclasda 2019-cu ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədən irəli gələn vəzifələr müzakirə edilib. pizza

Taleh Qaraşov rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə ölkə Prezidenti tərəfindən təltif olunmuş bir qrup şəxsə fəxri mükafatlar təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!