Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olundu

Hadisə

23 Aprel 2026 09:11 111


Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onlar idarə etdikləri “Mercedes” və “Tofas” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar. 

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!