Onlara 75 faiz güzəşt ediləcək -   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Onlara 75 faiz güzəşt ediləcək - ŞAD XƏBƏR

İqtisadiyyat

01 Noyabr 2026 12:41 102


Azərbaycanda il ərzində fəaliyyətə başlayan hüquqi şəxslərin 75 faiz vergi güzəştindən yararlanması üçün orta aylıq işçi sayının hesablanması qaydası açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin rəis müavini Günel Bəhramqızı bu məsələ ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, vergi güzəştindən yararlanmaq üçün hüquqi şəxs mikro sahibkarlıq subyekti olmalı, orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamalı və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır. pizza mizza

Günel Bəhramqızının sözlərinə görə, hüquqi şəxs il ərzində qeydiyyata alınaraq fəaliyyətə başladıqda orta aylıq işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Beləliklə, avqust ayında fəaliyyətə başlayan hüquqi şəxsin orta aylıq işçi sayı həmin ilin avqust-dekabr aylarını əhatə edən 5 aylıq dövr üzrə hesablanır.

Qeyd olunan şərtlər yerinə yetirildiyi halda, hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizinə vergi güzəşti tətbiq edilə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!