“APA Group”un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran jurnalistə qarşı törədilib. Dominos pizza
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin obyektdə mühafizəçi işləyən Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib və onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Heydər Sərdarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Qeyd edək ki, ötən gecə “APA Group”un əməkdaşı Sənan Bəhrəmli Nizami rayonu ərazisindəki taxta bazarında baş verən yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunub. Həmin vaxt özünü ərazinin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov jurnalistə xəsarət yetirib, həmçinin şirkətin texniki avadanlığına zərər vurub.
Aytac Əliyeva
Telegram kanalımız