Bakıda taxta bazarında baş verən güclü yanğını işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmliyə hücum edilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında qeydə alınıb.
Məlumata görə, özünü mühafizəçi kimi təqdim edən şəxs jurnalistin peşə fəaliyyətinə mane olub, ona fiziki xəsarət yetirib, ağır ifadələrlə təhqir edib. Həmçinin APA TV-yə məxsus texniki avadanlığa zərər vurub. Sonradan hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib. Pepperoni pizza
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsindən sonra həmin şəxs ərazidən uzaqlaşdırılıb. Polis Sənan Bəhrəmlidən ilkin ifadə alıb.
APA Group məsələ ilə bağlı yaydığı açıqlamada son günlər jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi hallarının artmasından narahatlığını bildirib. Qurum xatırladıb ki, bir neçə gün əvvəl REAL TV və Space TV-nin əməkdaşları da xidməti vəzifələrini yerinə yetirərkən oxşar hücumlarla üzləşiblər.
APA Group hüquq-mühafizə orqanlarını hadisəni hərtərəfli araşdırmağa, jurnalistə hücum edən şəxsin əməllərinə hüquqi qiymət verməyə və onun qanunvericiliyə uyğun cəzalandırılmasını təmin etməyə çağırıb.
Telegram kanalımız