Aİ-də çörəyin qiyməti bahalaşıb

saytların hazırlanması

Evə çatdırılma

Aİ-də çörəyin qiyməti bahalaşıb

Dünya

19 Sentyabr 2022 20:58 1029


“Aİ-də çörəyin qiyməti heç vaxt 2022-ci ilin payızındakı kimi baha olmayıb. Orta hesabla avqustda ötən illə müqayisədə artım 18% olub ki, bu da son illərdə çörəyin qiymətində kəskin bahalaşmanın olduğunu göstərir. Orta hesabla çörəyin qiymətindəki bahalaşma ən çox Macarıstanda özünü göstərib – 60%”.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi “Eurostat” məlumat verib.

Bildirilir ki, Aİ-də çörəyin qiymətindəki artım avqustda 10%-ə yüksələn inflyasiyanı keçib. pizza

“Eurostat” onu da əlavə edib ki, çörəyin qiymətindəki artım ən az Fransada hiss olunub – Belə ki, Fransada qiymətlər 10%, Belçikada isə 13% artıb .

Agentlik deyib ki, çörəyin qiymətinin qalxmasına səbəb Ukraynadakı vəziyyət, Ukrayna taxılı ilə bağlı böhranın yaranması, eləcə də enerji böhranı ilə izah olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!