Aktyorun Beynəlxalq Bankla davası: Azər Aydəmiri niyə əliboş yola saldılar?

saytların hazırlanması

Evə çatdırılma

Aktyorun Beynəlxalq Bankla davası: Azər Aydəmiri niyə əliboş yola saldılar?

Şou

20 Sentyabr 2022 12:50 2003


Azərbaycan Beynəlxalq Bankının (ABB) aktyor Azer Aydəmirdən bank hesabı açmaq üçün istədiyi arayış müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, bank sənətçidən 12 il öncə baş tutan soyad dəyişikliyi ilə bağlı ASAN Xidmətin təsdiqləyici sənədinin gətirilməsini istəyib.

Bu barədə A.Aydəmir sosial şəbəkə hesabında yazaraq etirazını bildirib: Toyuqlu pizza

“Azərbaycan Beynəlxalq Bankında  (Baş ofis, 1 ci mərtəbə) hesab açmaq istəyirdim. Yaxınlaşmışam, şəxsiyyət vəsiqəmi təqdim etmişəm. Deyir “müəllim, sizin bizdə hesabınız olub 15 il öncə. Orada soyadınız Aydəmirov kimi göstərilir (bazada). Amma indi vəsiqənizdə Aydəmirdir. Deyirəm və? Deyir, biz sizə hesab aça bilmərik. ASAN Xidmətdən "ov" sonluğunun ləğvi ilə bağlı təsdiqləyici sənəd gətirməlisiniz. Deyirəm xanım, mən 12 ildir Aydəmirəm və əlinizdə tutduğunuz ölkənin ən ali sənədində də bu yazılıb. FİN kodum da, DİN bazası da bunu deyir. Siz bu məlumatları yetərli saymırsınız? Deyir, yox. Bizdə yalnız Asan Xidmətdən olan sənəd keçərlidir. Deyirəm biometrik vəsiqəni də zatən "Asan-3" verib. Baxın orada yazılıb. Absurd! Absurdun dibi. Hesab açmadılar…” 

ƏSMƏTXANIM


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!