Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatdı 

Sosial

16 Mart 2024 11:00 562


Abituriyentlərin ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başa çatıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. 

Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) 15 mart saat 23:59-dək DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməli idilər.  Toyuqlu pizza

DİM-in məlumatına görə, 110 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. daha dəqiqi məlumat tezliklə açıqlanacaq. 

Ərizə qəbulu martın 1-dən başlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!