"Allah mənə iki dəfə qapaz vurub" – Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

"Allah mənə iki dəfə qapaz vurub" – Əməkdar artist

Şou

03 Mart 2020 10:43 2850


"Dünyaya bir də gəlsəydim, yenə müğənni olardım". Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan "7 Canlı" verilişində qonaq olarkən deyib. Müğənni səhnəsiz yaşaya bilməyəcəyini vurğulayıb: "Bilirsiniz, bir də görürsən ki, yaradan birbaşa iki qapaz vurur, həm övladını əlindən alır, həm səhnəni. Mənə iki qapaz vuruldu, amma məni yaşadan sizlər oldunuz, sizlərin sevgisi oldu. Boynuma alıram, səhnəsiz qala bilmərəm. Mən səhnəni də övladım qədər sevirəm. Buna görə heç kəs məni qınaya bilməz. Hamı da sevinir ki, mən musiqiyə qayıtmışam. Mən özüm bilərəm, dərdi necə çəkirəm". Xatırladaq ki, xanım sənətçinin oğlu 2018-ci ildə uzun sürən beyin xərçəngindən dünyasını dəyişib. Z.Abdullayeva oğlunun vəfatından sonra ifalarına ara vermişdi. O, noyabr ayından etibarən yenidən səhnə fəaliyyətini bərpa edib. //ok.ru/videoembed/1592339925610
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!