ABŞ Sahil Mühafizəsinə məxsus helikopter Alyaska ştatında, Sitka şəhəri yaxınlığında qəzaya uğrayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, qəzaya uğrayan "MH-60 Jayhawk" tipli helikopterin olduğu əraziyə axtarış-xilasetmə qrupları və digər fövqəladə xidmətlər göndərilib. Marqarita pizza
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. ABŞ Sahil Mühafizəsi bildirib ki, hazırda əsas prioritet ekipaj üzvlərinin tapılması, xilas edilməsi və təhlükəsizliyinin təmin olunmasıdır.
Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatı başa çatdıqdan sonra qəzanın bütün detalları ilə bağlı geniş araşdırma aparılacaq.
Telegram kanalımız