“Ana bizə video göndərmişdi, 13 yaşlı qızı elə hoqqalar verirdi ki...”   - “Space”in aparıcısı

saytların hazırlanması

Evə çatdırılma

“Ana bizə video göndərmişdi, 13 yaşlı qızı elə hoqqalar verirdi ki...” - “Space”in aparıcısı

Sosial

24 Avqust 2022 17:25 12878


Son vaxtlar yeniyetmə və gənc qızlar arasında evdən qaçma halları daha çox müşahidə olunmağa başlayıb. Evi tərk edən qızların əksəriyyətinin yeniyetmə olması narahatlıq üçün ciddi səbəb sayıla bilər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sosial yönümlü “Gəl danış” proqramının aparıcısı Amil Xəlil hesab edir ki, bu cür halların yaşanmaması üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, uşaqların evdən qaçmasının yeganə günahkarı valideynlərdir:

“Yeniyetmələrin evdən qaçmasında günahkar birmənalı olaraq valideynlərdir. Qaçan qızların əksəriyyətinin anasının vaxtında ailəsi dağılmış, ikinci dəfə ailə qurmuş qadınlardır. Çox vaxt onlar ikinci dəfə ərə gedirlər, uşağı nə öz yanlarında saxlayırlar, nə də ataya verirlər, onları aparıb nənənin, babanın yanına qoyur. Nənənin yanında təbii ki, uşaq ata-anadan aldığı tərbiyəni ala bilmir. Son 2 ayda bizim proqramda 4 qaçmış qız olub ki, onların 4-nün də anasının ikici, üçüncü evliliyidir. Burada bir çox səbəb ola bilir, bəzən atalıq yaxud onun qohumları tərəfindən yeniyetmə qızlara qarşı xoşagəlməz hərəkətlər olur, qızlar da baş götürüb gedir. Bəzən yaşı az olsa da oğlana qoşulub gedir. Məsələn, bizdə olan sonuncu hadisədə 14 yaşlı yeniyetmə nənəsi ilə qalırmış, sonra bir oğlanla tanış olub və bu yollara düşüb”. pizza hut

Teleaparıcı bildirib ki, valideynlər yeniyetmə qızları sosial şəbəkələrdən uzaq tutmalıdırlar:

“İnsanlar da diqqətli olmalıdır, indiki qızları 13-14 yaşı olsa da qıraqdan baxanda elə bilirsən 18-19 yaşları var. Bu da oğlanları çaşdırır, onlarla ünsiyyət qururlar, sonradan oğlanın da başı “yanır”. Qızların evdən qaçmağında konkret olaraq səbəb valideynlərdir. Onlar diqqətli olmalıdır.

Bir misal çəkəcəyəm, bir neçə gün əvvəl bir ana bizə video atıb, problem çəkib göstərir, arxada 13 yaşlı qızı “TikTok”da elə hoqqa verir, elə video çəkir ki, gəl görəsən… Bunu da ana özü də bilmədən bizə çəkib göndərib. Qız yupkasını qaldırıb-salır, oynayır. Valideynlər birmənalı olaraq qızlarını sosial şəbəkələrdən uzaq tutmalıdırlar. Kim nə deyir, desin, “mən övladıma güvənirəm” söhbətləri indiki dövrə aid deyil. Çünki orada idmançı, bədənli oğlanlar canlı yayım açıb orada otururlar, qız da baxır”.

A.Xəlil qeyd edib ki, bu cür xoşagəlməz hadisələrin təkrarlanmasında serialların da rolu böyükdür:

“Bu cür məsələlərdə serialların da təsiri danılmazdır.Yaxın zamanlarda bölgələrimizin birində bacı öz bacısının ərinə qoşulub qaçdı, yaxud cənub bölgəsində oğlan öz əmisinin arvadı ilə əlaqəyə girmişdi. Onlar bu hadisələrin hamısını seriallarda görmüşdülər. Mən efirdə çox şeyləri detallı danışdırmıram, üstünü örtürəm ki, ayıbdır, camaat  baxır, amma vəziyyət çox acınacaqlıdır. Qaçmaq məsələsində isə birmənalı olaraq valideynlər günahkardırlar. Anadan soruşuruq ki, niyə qızını yanında saxlamadın? Deyir istəmədim ögey atanın yanında böyüsün, dedim elə nənəsi baxsın. Ana gedib öz fiziki həzzini yaşayır, övladı ilə maraqlanmır, bu da nəticədə belə böyük problemləri ortaya çıxarır”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!