Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişlərini yekunlaşdırıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə bölgələrdə qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. pizza
Telegram kanalımız