ANAMA-ya həkim qəbuluna başlanıldı -   Vakansiya

saytların hazırlanması

Evə çatdırılma

ANAMA-ya həkim qəbuluna başlanıldı - Vakansiya

Sosial

15 Fevral 2021 15:53 1321


Səhiyyə Nazirliyi həkimlərin işə qəbulunu elan edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Ağentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt Toyuqlu pizza

- təcili yardım üzrə həkim

- həkim-anestezioloq-reanimatoloq

- həkim-travmatoloq-ortoped

- həkim-ümumi cərrah

Tələb olunan sənədlər:

Ərizə

Şəxsiyyət vəsiqəsi

Təhsil haqqında diplom

İnternatura vəsiqəsi

Sertifikasiya şəhadətnaməsi

Əmək kitabçası

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!