AQTA rəsm müsabiqəsinə start verib

saytların hazırlanması

Evə çatdırılma

AQTA rəsm müsabiqəsinə start verib

Sosial

05 Mart 2019 16:13 881


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblilər arasında  sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə start verib.

“Yeni Sabah” xəbər verir ki, müsabiqədə Bakı şəhəri ilə yanaşı Respublikanın bütün bölgələrindən məktəblilərin iştirakı nəzərdə tutulub. Təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən rəsm əsərləri 1 iyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Günü sərgilənəcək. Müsabiqənin qalib və iştirakçılarına müxtəlif qiymətli hədiyyələr,  sertifikat və həvəsləndirici mükafatalar təqdim olunacaq.

Rəsmlər A4 və A3 formatında olmaqla sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəb haqqında məlumatları yer almaqla qəbul ediləcək. Müsabiqədə iştirak etmək istəyən məktəblilər may ayının 25-dək rəsm əsərlərini Agentliyə təqdim edə bilərlər.  Sezar pizza

Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsi ilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda layihə məktəblilərin təhlükəsiz qida ilə bağlı dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaradacaq. 

Qeyd edək ki, AQTA uşaq və yeniyetmələr arasında “Sağlam məktəbli” layihəsi həyata keçirir ki, burada da məktəblilərin sağlam və təhlükəsiz qidalanma ilə bağlı maarifləndirilməsi nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!