Araz Ağalarovdan iş adamlarına təklif

Araz Ağalarovdan iş adamlarına təklif
İyun 15, 2019
Oxunma sayı: 108

Azərbaycan mənşəli rusiyalı sahibkar, “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov türkiyəli biznesmenlərə “Crocus Expo”da güzəştli şərtlərlə sərgilər təşkil olunmasını təklif edib.

“Yeni Sabah” xəbər verir ki, biznesmen bu barədə Türkiyənin “Medya Günlüğü” saytına müsahibəsində məlumat verib. Rusiya ilə Türkiyə arasında əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulayan A.Ağalarov qeyd edib ki, tikinti, kənd təsərrüfatı, ticarətin təşkili sahəsində türkiyəli mütəxəssislərə Rusiyada ehtiyac ola bilər. 

O, dünyada ən iri sərgi mərkəzlərindən birində - “Crocus Sity” kompleksinə daxil olan “Crocus Expo”da güzəştli şərtlərlə Türkiyənin milli və tematik sərgilərinin, həmçinin informasiya xarakterli tədbirlərin təşkil olunmasını təklif edib.