“Arazboyu kəndlərin strateji əhəmiyyəti ondan ibarətdir ki...”   - Hərbi ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Arazboyu kəndlərin strateji əhəmiyyəti ondan ibarətdir ki...” - Hərbi ekspert

Siyasət

19 Oktyabr 2020 12:17 2073


Bu gün Cəbrayıl rayonunun daha 13 kəndi erməni yaraqlılarından təmizlənib. Ali Baş Komandan, Prezident İlham Əliyev bu barədə rəsmi tvitter hesabında məlumat yayıb. Qeyd olunub ki, Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Göyərçin Veysəlli, Hacılı, Əlikeyxanlı, Qumlaq, Niyazqullar, Keçəlməmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad edilib. Yeni yaşayış məntəqələrinə nəzarətin Ordumuzun əlinə keçməsi bu kəndlərin sakinlərini, ümumən Azərbaycan xalqını sevindirməklə yanaşı, Arazboyu kəndlərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə hansı üstünlüklər verməsini də gündəmə gətirib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, məqsəd Azərbaycan-İran dövlət sərhəddini tamamilə işğalçılardan azad etməkdir:

“Ümumiyyətlə, Cəbrayıl rayonu strateji cəhətdən Qarabağın cənub hissəsində yerləşən çox vacib rayonlardan biridir, strateji əhəmiyyətinə görə Füzuli ilə eyni səviyyədədir. Cəbrayıl rayonu işğal altında olan ərazilərdə cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd rayonu ilə həmsərhəddir. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi sürətli əməliyyat əbəs deyil. Məqsəd Azərbaycan-İran dövlət sərhəddini tamamilə işğalçılardan azad etmək və bu istiqamətdə Azərbaycanın konstitusion qayda-qanunlarının tətbiq olunmasını həyata keçirməkdir”. pizza mizza

Ekspert qeyd edib ki, Cəbrayıl şəhərindən sonra Arazboyu istiqamətdə həyata keçirilən əməliyyatlar məhz mərhələli şəkildə Zəngilan və Qubadlı istiqamətində Azərbaycan Ordusunun möhkəmlənməsinə xidmət edir:

“İlk gündən Azərbaycan Ordusunun cənubdan iki istiqamətdə hücum əməliyyatlarını həyata keçirməsi məhz bu məqsədi daşıyır. Ermənistan hərbi komandanlığı gözləyirdi ki, Azərbaycan Ordusu əvvəlcə bütün qüvvələrini Füzuliyə cəmləşdirəcək, sonra bu proses Cəbrayıla yönələcək və ona görə  də onlar Füzuli istiqamətində mövqelərini həddən artıq gücləndirmişdilər. Lakin Azərbaycan Ordusu manevr edərək hər iki istiqamətdən düşmənin  müdafiə eşalonunu darmadağın etdi, Cəbrayılda ardıcıl uğurlu hərbi əməliyyatlar keçirdi və  strateji mövqeləri geri qaytardı. Hazırda əlbəttə ki, yolumuz Zəngilan və Qubadlıyadır. Hesab edirəm ki, qısa zamanda Azərbaycan Silahlı Qüvvələri  cənub istiqamətindəki Zəngilanın son nöqtəsinədək gedəcək və Azərbaycan bayrağını orada da ucaldacaqlar. Artıq hərbi əməliyyatlar Qubadlı istiqamətinə keçdikdə Ermənistan ordusunun qərbdəki halqası daralmağa başlayacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!