Argentina Prezidenti Alberto Fernandes ölkənin vitse-prezidenti Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb.
Yenisabah/az TASS-a istinadla xəbər verir ki, prezidentin xalqa müraciətində bildirilib:
"Bu gün bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Bu, demokratiyanın bərpasından bu günədək ən pis hadisədir”. pizza mizza
Argentina Prezidentinin sözlərinə görə, Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib.
Dövlət başçısı bildirib: “Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah atəş açmayıb”.
Polis Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür.
Telegram kanalımız