Arif Babayev: “İçərişəhər toxunulmazdır“

saytların hazırlanması

Evə çatdırılma

Arif Babayev: “İçərişəhər toxunulmazdır“

Şou

25 Aprel 2019 20:11 999


İçərişəhərdə, Qoşa Qala divarlarının yanında tikinti işlərinin aparılmasına etirazlar səngimək bilmir.

Xanəndə, Xalq artisti Arif Babayev də  bu etirazlara qoşulanlar sırasındadır. Belə ki, o, "Yeni Sabah"a danışarkən İçərişəhərin toxunulmaz olduğunu vurğulayıb:

"İçərişəhər tarixdir, tarix isə toxunulmazdır. Mən də tarixi abidələrdə restavrasiya işlərinin aparılmasının tərəfdarıyam. Lakin tarixi abidəni söküb yenidən inşa etmək doğru addım deyil. Orada iaşə obyektlərinin açılması prosesi arxitektorların icazəsi ilə olmalıdır. Təbii ki, tarixi irsə ziyan vurmadan". pizza mizza

Qeyd edək ki, bir neçə il öncə qardaş Türkiyədə "Gəzi parkı" hadisələrində ölkənin qabaqcıl mədəniyyət xadimləri öz mövqelərini ortaya qoymuşdular. Bizim sənətçilər isə hələ gözləmə mövqeyindədir.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!