Arif Quliyevin karantin məşğuliyyəti   – Təsbeh düzəldir

saytların hazırlanması

Evə çatdırılma

Arif Quliyevin karantin məşğuliyyəti – Təsbeh düzəldir

Şou

10 Aprel 2020 13:40 1060


Xalq artisti Arif Quliyev xüsusi karantin müddətində yeni hobbilər əldə edib. Sevilən sənətkar evdən çıxmadığı müddətdə şeir yazıb, yeni yumorlar hazırlamaqla yanaşı, həmçinin təsbeh də yığır

Yenisabah.az-ın redaksiyasına ev şəraitində hazırladığı təsbehləri göndərən aktyor, karantindən sonra onları yaxın adamlarına, dostlarına hədiyyə edəcəyini bildirib: 

"Təsbeh həm dini məqsədlə, həm də stress atmaq üçün istifadə oluna bilir. Həm də sevdiklərimiz üçün çox gözəl hədiyyədir. Mən də bir müddətdir bu işlə məşğulam. Evdə təbii daşlardan, muncuqlardan təsbeh yığıram. Hobbi kimi əvvəl də yığırdım, amma hazırda karantin rejimi olduğu üçün evdə daha çox vaxtım olur. İnşallah, karantin bitdikdən sonra onları dostlarıma, yaxınlarıma hədiyyə edəcəyəm". pizza hut

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!