Aşıq Mübariz biabırçı görüntülərindən danışdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Mübariz biabırçı görüntülərindən danışdı - Video

Şou

16 Aprel 2021 11:47 1659


Xəbər verdiyimiz kimi Aşıq Mübariz Camaloğlunun sosial şəbəkələrdə biabırçı videosu yayılıb. Rusiyada toy məclislərinin birinə qatılan aşıq bir nəfərin qucağına aldığı stulda oturaraq saz ifa etməyə başlayıb. Xalqımızın milli dəyəri, milli mənəviyyatı olan saza bu cür yanaşmaq hər kəsi hiddətləndirib.

Yenisabah.az xəbər verir ki, hər kəsin tənqidinə tuş gələn video barədə Mübariz sosial media hesabında açıqlama verib. O, bu görüntülərdə qəbahət iş görmədiyini bildirib:

"Pəhlivanla mənim daşım düşüb bəzi şərəfsizlərin başına. Burda nə böyük qəbahət var ki, bunu bu qədər şişirdirlər. Min kərə ayıb olsun mənə xoşa gəlməz sözlər yazanlara. Bacarırsızsa gəlin üzümə deyin. O kişilik sizdə ola bilməz. Hamı bilir Mübariz necə insandır". pizza

Paylaşdığı videoda isə onun saza "hörməti"ni işıqlandıranları və sosial şəbəkələrdə ona tənqidi fikirlər yazanları təhqir edib. Yəni ifaçı məsələ ilə bağlı açıqlama verməyə çalışıb. Amma bu açıqlama ona qarşı aqresivliyin daha da artmasına səbəb olub. Necə deyərlər, üzrü qəbahətindən betər./ Big.az

Həmin görüntüləri təqdijm edikrik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!