AtaBank müştərilərinin rahatlığını düşünərək yeni Telegram kommunikasiya kanalını istifadə üçün təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, artıq Telegram istifadəçiləri birbaşa AtaBank-a müraciət edərək istənilən məlumatı operativ əldə edə bilərlər. Bunun üçün yalnız AtaBank-ın Telegram əlavəsinə bağlı olan 050 99 99 136 telefon nömrəsinə yazmaq kifayətdir.
Hazırda müştərilər banka həm sosial şəbəkələr, həm də yeni istifadəyə verilmiş Telegram kanalından istifadə edərək müraciət edə bilərlər. Bankın əməkdaşları istənilən kommunikasiya kanalından daxil olan müraciətləri cəmi bir neçə saniyə ərzində cavablandıraraq müştərilərə vaxtında köməklik göstərməyə hər zaman hazırdırlar. Dominos pizza
Telegram kanalımız