“Atam bir həftənin içində qocaldı” - Aytən ailəsindəki dəhşətdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Atam bir həftənin içində qocaldı” - Aytən ailəsindəki dəhşətdən danışdı

Şou

09 Yanvar 2020 11:16 1423


“Bizimləsən" verilişində qonaq olan aparıcı Aytən Səfərova yanmış cəsədi tapılan 10 yaşlı Nərminin valideynlərinin soyuqqanlılığını tənqid atəşinə tutub.

“Yeni Sabah” xəbər verir ki, A.Səfərova  övlad itkisinə öz ailəsində də şahid olduğunu deyib. O kiçik yaşlarında qardaşının çayda batmasını xatırlayaraq göz yaşlarını saxlaya bilməyib: 

"Mənim qardaşım Rusiyada çayda batmışdı. Çalışıram, bu mövzuya qayıtmayım. Mən bilirəm balaca qardaş-bacını itirmək nədir. Atam cavan, güclü kişi idi. Qardaşım batanda atam bir həftə içində qocaldı. Anam ayaqyalın, başıaçıq o boyda binaların zirzəmilərinə gedib girirdi ki, bəlkə uşağım çıxıb evdən yaddaşı itib. Gedib zirzəmi-zirzəmi, ev-ev, qapı-qapı axtarırdı ki, uşaq görməmisiniz burada? Əsl ata, ana instinkti olmalıdır". pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!