Avropada son 10 ildə islamofobiya artıq yalnız ifrat sağçı partiyaların mövqeyi olmaqdan çıxaraq siyasi mərkəzə də keçib.
“Yeni Sabah” xəbər verir ki, Limerik Universitetinin sosiologiya üzrə müəllimi, Corctaun Universitetinin “The Bridge Initiative” qurumunun baş tədqiqatçısı Farid Hafez Avropada müsəlmanlara qarşı ayrı-seçkiliyin son 10 ildə daha da geniş yayıldığını bildirib.
Hafezin sözlərinə görə, 2015-ci ildən bu yana islamofob fikirlər bir sıra Avropa ölkələrində siyasi və dövlət qurumlarında daha çox qəbul edilir. Əvvəllər əsasən ifrat sağçı partiyaların səsləndirdiyi fikirlər son illərdə bəzi mərkəz sağ və mərkəz sol partiyaların siyasətində də özünü göstərir. O, Danimarkada sosial demokratların, bəzi ölkələrdə isə mühafizəkar partiyaların müsəlmanlara qarşı sərt yanaşmalardan istifadə etdiyini deyib. Almaniyada bu cür fikirlərin dövlət siyasətində uzun müddətdir mövcud olduğunu, Avstriyada isə son illərdə daha çox adi hala çevrildiyini bildirib. Pepperoni pizza
Hafez hesab edir ki, siyasi mərkəzin zəifləməsi Almaniya və Fransadakı seçkilərdə də özünü göstərib. Onun sözlərinə görə, kənd yerlərində müsəlman əhalinin daha az olması səbəbindən islamofob fikirlər burada daha çox dəstək qazana bilir.
Mütəxəssis Avropada islamofobiya ilə mübarizə üçün dövlət qurumlarında daha ciddi tədbirlərə ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, dövlət qulluqçuları, xüsusilə hicab taxan və müsəlman olduqları açıq görünən qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı maarifləndirilməlidir. Hafez təhlükəsizlik siyasətində də problemlərin olduğunu deyib. O, Fransada bəzi müsəlman birliklərinin bağlanmasını və əmlaklarının müsadirə edilməsini buna nümunə göstərib.
Mütəxəssis dəyişiklik üçün Avropadakı müsəlmanların siyasi baxımdan daha yaxşı təşkilatlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müsəlmanlar və ayrı-seçkiliyə qarşı çıxan digər qruplar siyasi təzyiqi artırmalıdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız