“Avroviziya” mahnımız təqdim olundu   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Avroviziya” mahnımız təqdim olundu - VİDEO

Şou

19 Fevral 2025 17:11 154


Azərbaycanı "Avroviziya 2025" mahnı müsabiqəsində "Mamagama" qrupu təmsil edəcək. 

Yenisabah.az xəbər verir ki, yarışmada səslənəcək mahnı təqdim olunub. Mahnı "Run With U" adlanır.

Klipdə diqqət çəkən məqam əvvəlki "Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov, Fahree, Tural və Turan Bağmanov da yer alması olub. Toyuqlu pizza

Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək. 

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!