Avtomobil bazarında son vəziyyət...

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil bazarında son vəziyyət...

Avto

13 Fevral 2019 03:48 1226


Avtomobil bazarında 2019-cu ilin yanvar ayı ərzində 1705 ədəd avtombil satılıb.

Bu barədə əmlak məsələləri eksperti Nüsrət İbrahimov bildirib. O, deyib ki, avtomobil bazarında qiymətlər iki cür müəyyən olunur: Dəyişən və dəyişməyən (sabit) strukturlarla: “Dəyişən strukturla orta qiymət 42 min 483 manat təşkil edib. Bu ilin yanvar ayı ərzində qiymətlərdə 1,5 faiz azalma müşahidə olunub. Amma sabit strukturla orta qiymət 74 min 104 manat təşkil edib. Bu ilin yanvar ayı ərzində qiymətlərdə 5,4 faiz artım müşahidə olunub”.

Ekspert deyib ki, mühərrik həcmi 2 litrə qədər olan avtomobillərdə orta qiymət 21 min 479 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 17,73 faiz olub. pizza sifarişi

Mühərrik həcmi 2 litrdən yuxarı 3 litrdən aşağı olan avtomobillərdə orta qiymət 39 min 707 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 6,53 faiz olub.

Mühərrik həcmi 3 litrdən yuxarı olan avtomobillərdə orta qiymət 87 min 15 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 5,49 faiz olub.

Bizimyol.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!