Bloger Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Yenisabah.az baku.ws-ə istinadla xəbər verir ki, o, "Instagram" hesabında taksi sifarişindən danışıb. Aynişan uzun müddətdir həm kartla, həm də nəğd ödəniş etdiyini, lakin bunun fərqində olmadığını bildirib:
"Bir neçə gündür taksidən istifadə edirəm və bu gün bir şey bilmişəm. Neçə gündür, nəğd ödəniş edirəm. Bu gün səhər çağırdığım taksi sürücüsü dedi ki, xanım, ödəniş kartladır, niyə nəğd verirdiniz? Cavab verdim ki, yox, nəğd ödəyirəm. Taksidən düşən kimi kart hesabına baxdım. Məlum oldu ki, neçə gündür bütün sifarişi həm kartla, həm də nəğd ödəyirmişəm. Marqarita pizza
Sürücülər səsini çıxarmırdı. Bəzən çox diqqətsiz oluram. Bu mənim səhvimdir. Taksi sürücüləri hər ödənişdən sonra "Allah razı olsun. Min əvəzini versin", - deyirdilər. Düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün bu qədər dua edirlər. Necə minnətdar insanlardır. Onlar da, yəqin, düşünürmüş ki, bu qız dəlidir. Ya kartla ödə, ya da ki nəğd... Artıq bir qərara gəl".
Telegram kanalımız