Bir müddət öncə ailə quran Aybəniz Haşımovanın qızı Aynişan sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.
Yenisabah.az xəbər verir ki, Əməkdar artistin qızına qayınanası ilə bağlı ünvanlanan sual onu hiddətləndirib.
O, "Qayınananızla yaşayırsınız ya, ayrı?" sualına sərt reaksiya verib. Aynişan qayınanasını çox sevdiyini də dilə gətirib:
"Bu sualı çox insan yazıb. Mənim anlamadığım bilirsiniz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər. Niyə sadəcə qayınananı soruşursunuz? Niyə bu qədər önyarqılısınız? Niyə qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş ki, qayınanam ilə yaşayardım. Qızıl kimi insandır. Çox sevirəm, hədsiz çox. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı? Kaş ki, hər insan gəlinini onun qədər sevə".
Qeyd edək ki, Aynişan Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə ailə qurub.
https://cdn.yenisabah.az/files/hud.jpg Telegram kanalımız